Dəmiri dələn adam - FOTOLAR

Maraqlı

29.04.2024 - 22:12

Köhnələr gedir, yenilər gəlmir

Tornaçı sənəti xüsusi qabiliyyət, savad tələb edən peşələrdəndir. Yaxşı tornaçı metalın tərkibini, ölçüləri, hesablamaları və çetryoju bilməli, bunu eynilə dəzgahda da tətbiq etməlidir.

Bir zamanlar onların əməyi olmasa, heç bir texnika davamlı işləyə bilməzdi. Artıq zavodların bir çoxu rəqəmsal idarə edilən torna dəzgahlarına keçdiyi üçün, sovetdən qalma dəzgahlara da maraq azalıb. Bu dəzgahlarda işləyən insanlar ya kiçik qarajlarda, ya da fərdi şəkildə çalışmağa üstünlük verirlər.

AYNA-nın həmsöhbəti, Qazax rayon Kosalar kənd sakini, 64 yaşlı Vaqif Orucov da fərdi olaraq sənətini davam etdirir. Ömrünün 40 ildən çoxunu bu sənətə həsr edən Vaqif usta tornaçılara ehtiyacın azaldığını deyir.

“Əvvəllər xüsusi texnikaların əksər detallarını biz hazırlayırdıq. İndi mağazalarda hər şey tapılır. Ona görə “tokar”ın da işi azalır. Köhnə texnikalar sıradan çıxıb, yenilənib. Yenilər o qədər xarab olmur. O da işə təsir edir. Amma tapılmayan, yaxud daha keyfiyyətli detal istəyən olanda yenə bizi axtarırlar”, - deyə müsahibimiz bildirir.

Orucovun sözlərinə görə, mağazalarda satılan detallar keyfiyyətsiz, yumşaq dəmirdən hazırlandığı üçün daha tez sıradan çıxır. Belə olan vəziyyətdə, həmin detalları yenidən tornaçıların yanına gətirərək hazırladırlar.

“Bu detalları hazırlamaq üçün müasir dövrdə istehsal olunan materiallardan istifadə etmirəm. Detalın dözümlü olması üçün sovet dövründən qalma keyfiyyətli metallarla üstünlük verirəm”, - deyə usta vurğulayır.

İş az olsa da, sənətkar boş dayanmır. Hər gün işə çıxmaqla 5-10 manat çörəkpulunu qazanır.

Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam -
Müəllif: İlham Mustafa