Binanın qalan hissəsi yanğından mühafizə olunub
Xızı rayonunun Yaşma kəndində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus binada baş verib.
Ümumi sahəsi 80 m² olan binanın bir otağında döşəmə və avadanlıqlar 4 m² sahədə, digər otağında kondisioner, 2 ədəd şkaf və pəncərə çərçivəsi yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.