Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib

Xəbərlər

27.10.2022 - 16:36

cedabet dərman SEO Xidməti

Prezident İlham Əliyev fərman imzalayıb

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib. AYNA xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik olan hüquqi şəxsin seçilməsini və onunla müvafiq müqavilənin imzalanmasını təmin etməlidir.

Əvvəl bu səlahiyyət İqtisadiyyat Nazirliyində idi. Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Xarici İşlər Nazirliyinə bu Fərmandan irəli gələn zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş