Daşkəsəndə avtomobil aşıb, ölən və xəsarət alan var

Hadisə

23.09.2024 - 23:21

Həkimlər Klinikalar SEO Xidməti

Daşkəsəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Daşkəsəndə dumanlı hava şəraiti ağır yol-nəqliyyat hadisəsinə səbəb olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Əmirvar kəndində qeydə alınıb.

VAZ markalı avtomobilin aşması nəticəsində sürücü, 1992-ci il təvəllüdlü Eşqin Əhmədov aldığı xəsarətdən ölüb. Avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü Mehman İsrafilov müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş