Bakı-Şamaxı yolunda maksimum sürət həddi 70 km/saatdan 60 km/saat-a endirilib
Bakı-Şamaxı yolun sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb. AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Qeyd olunub ki, Bakı-Şamaxı yolunda (Bakı şəhərinin inzibati ərazisinə düşən hissəsi) müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 70 km/saatdan 60 km/saat-a endirilib.
Qeyd olunub ki, bu dəyişiklik yol hərəkəti təhlükəsizliyi səviyyəsini qaldırmaqla bərabər, sürücülərdə çaşqınlıq yaranmamasına və lüzumsuz cərimələrdən yayınmalarına səbəb olacaq:
"Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik".