Milli Cəbhə Partiyası Razi Nurullayevin prezidentliyə namizədliyini irəli sürüb
Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayevin prezidentliyə namizədliyi irəli sürülüb. AYNA xəbər verir ki, bu barədə MCP-dən bildirilib.
Qeyd edilib ki, qərar MCP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.
Xatırladaq ki, bundan əvvəl Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin və Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri Zahid Orucun prezidentliyə namizədliyi irəli sürülüb.
Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.