Daha bir nişan yarımçıq dayandırıldı, 10 nəfər cərimələndi

Hadisə

01.05.2021 - 18:14

Həkimlər Klinikalar SEO Xidməti

Karantin qaydalarını pozanlar barədə müvafiq tədbirlər görülüb 

 

Lənkəranın Boladı kəndində nişan mərasiminin təşkil edilməsi müəyyən olunub. AYNA xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

 

Bildirilib ki, həmin ünvana gələn polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb.

 

Həmin məclisin iştirakçılarına bir daha karantin rejiminin qaydaları izah olunub.

 

10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş