Daha bir marşrut xətti nağdsız ödənişə keçdi

Xəbərlər

18.02.2021 - 17:39

Həkimlər Klinikalar SEO Xidməti

İstismarda olan avtobusların 48 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib

 

Fevralın 19-dan 51 nömrəli marşrut xətti (“Neftçilər” m/s – Naximov küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsi təmin ediləcək. AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. 

 

Qeyd olunub ki, indiyədək paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 48 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib.

 

“Hazırda gündəlik olaraq 590 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33 faizi) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir”, - deyə məlumatda bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş