Daha 9 məntəqədə səsvermənin nəticələri ləğv edilib

Xəbərlər

25.02.2020 - 18:01

Həkimlər Klinikalar SEO Xidməti

MSK 50 saylı Abşeron-Qobustan seçki dairəsi ilə bağlı şikayətə baxıb

 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 50 saylı Abşeron-Qobustan seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb. AYNA xəbər verir ki, dairədən daxil olan müraciətdə seçki günü qanun pozuntularına yol verildiyi bildirilib.

 

MSK üzvü İlkin Şahbazov qeyd edib ki, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular 9 seçki məntəqəsində öz əksini tapıb. Şahbazov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş