Daha 8 silah polis əməkdaşlarına könüllü təhvil verilib

Xəbərlər

04.01.2024 - 17:16

Polis əməkdaşları 1 ədəd avtomat silahı və 7 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, yanvarın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı və 7 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş