Daha 79 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

Xəbərlər

21.01.2021 - 15:21

3 sahibkarlıq subyektində aparılmış təftişdən sonra onların qeydiyyata alınmasından imtina edilib

 

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yanvarın 15-dən 19-dək qida məhsulları sahəsində fəaliyyət göstərən 79 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AYNA-ya verilən məlumata görə, 3 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlarla əlaqədar olaraq onların qeydiyyata alınmasından imtina edilib.

Müəllif: Ayna.az