Daha 33 vətəndaşımız Qazaxıstandan Bakıya yola salınıb

Xəbərlər

16.08.2020 - 23:44

cedabet dərman SEO Xidməti

Bu günə qədər Qazaxıstandan gəmi vasitəsilə 316 nəfər vətəndaşımız ölkəmizə göndərilib

 

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalan daha 33 həmyerlimiz ölkəmizə yola salınıb.

 

AYNA-nın xəbərinə görə, Azərbaycanın Aktaudakı Baş Konsulluğundan bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşlarımızın hamısı virusa qarşı testdən keçirilib.

 

Ümumilikdə bu günə qədər Qazaxıstandan gəmi vasitəsilə 316 nəfər Bakıya yola salınıb.

 

Baş Konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş