Daha 24 vətəndaşımız Qazaxıstandan Bakıya yola salınıb

Xəbərlər

03.09.2020 - 13:58

cedabet dərman SEO Xidməti

Vətəndaşların hamısı COVID-19 testindən keçiblər

 

COVID-19 pandemiyası dövründə xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə təxliyəsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalmış daha 24 vətəndaşımız ölkəmizə təxliyə olunub.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Aktaudakı baş konsulluğundan bildirilib. Məlumatda qeyd olunub ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” (17 nəfər) “Professor Gül” ( 6 nəfər) və “Dağıstan” (1 nəfər) gəmi-bərələri ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər.

 

Qeyd edək ki, bu günədək baş konsulluq vasitəsilə ümumilikdə 523 vətəndaşımız gəmi ilə ölkəmizə təxliyə olunub. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş