Daha 13 müəssisə Rusiyaya pomidor və alma ixrac edəcək

Xəbərlər

24.01.2021 - 11:41

13 istehsalçıya qarşı tətbiq olunan məhdudiyyətlər ləğv olunur

 

Azərbaycanın daha 13 müəssisəsinə Rusiyaya pomidor və alma ixracına icazə verilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

 

"Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir”, -deyə AQTA-nın məlumatında qeyd olunub.

 

Məlumata əsasən, 13 istehsalçıya qarşı tətbiq olunan məhdudiyyətlər bazar ertəsindən etibarən ləğv olunacaq.

Müəllif: Ayna.az