Daha 12 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

Xəbərlər

04.02.2021 - 02:23

Həkimlər Klinikalar SEO Xidməti

Yanvarın 14-dən 29-dək nümunələrin fitosanitar ekspertizası aparılıb 

 

Azərbaycanın daha 12 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verilib. AYNA xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un yaydığı məlumatda bildirilir.

 

Qeyd olunur ki, bitki mənşəli məhsulların tədarükü ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması üçün “Rosselxoznadzor” Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə, Azərbaycan müəssisələrində məhsulun pomidor güvəsinə yoluxmaması ilə bağlı video-yoxlamalar aparır.

 

Yanvarın 14-dən 29-dək aparılan video-yoxlamalar nəticəsində alınan nümunələrin fitosanitar ekspertizasının mənfi nəticələrini nəzərə alaraq 5 fevral 2021-ci il tarixindən etibarən Rusiyaya pomidor idxalına icazə verilib.

 

Pomidor ixracına icazə verilən müəssisələr Bakı şəhəri, Abşeron, Lənkəran, Sabirabad və Kürdəmir rayonlarında yerləşir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş