Daha 10 qazimiz Türkiyəyə müalicəyə göndərilib

Xəbərlər

05.07.2021 - 18:24

Həkimlər Klinikalar SEO Xidməti

Qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək

 

Ağır yaralanan daha 10 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. AYNA xəbər verir ki, bu barədə fond məlumat yayıb.

 

Bildirilib ki, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

 

Xatırladaq ki, fond tərəfindən bu günə qədər 112 qazimiz müalicə üçün Türkiyəyə göndərilib.

 

Onlardan 48-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.

 

“YAŞAT” Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş