Dağıstanda zəlzələ: Azərbaycanda da hiss olunub

Hadisə

02.01.2021 - 11:28

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib

 

Yanvarın 2-də yerli vaxtla 05:05-də Dağıstan ərazisində zəlzələ qeydə alınıb.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA-ya verilən məlumata görə, 4,7 maqnitudalı zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.

 

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Müəllif: Ayna.az