İlham Əliyev: “Bizim iradəmiz də var, imkanlarımız da var”
“Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. İşğaldan azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Bizim hər birimiz bu işdə fəal olmalıdır. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var”.
AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Zəfər paradında deyib.
Ölkə başçısı bildirib ki, indi bizim üçün yeni dövr başlayır - quruculuq dövrü: “Mənfur düşmən bütün işğal edilmiş torpaqları yerlə-yeksan edib. Burda artıq bu məlumat hər kəsdə var, videogörüntülər var. Mənim azad edilmiş ərazilərə səfərlərim bunu göstərir. Bütün binalar dağıdılıb, bütün tarixi abidələr, məscidlər, məzarlıqlar, qəbirlər mənfur düşmən tərəfindən dağıdılıb. Biz onların hamısını bərpa edəcəyik. Artıq bərpa işləri başlanmışdır”.