7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb
Azərbaycan cüdoçuları Portuqaliyanın Koimbra şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində 3 medal qazanıblar. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.
Qeyd edilib ki, yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günü oğlanların yarışında -50 kq., -55 kq. və -60 kq. çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
-50 kq. çəkidə final görüşündə iki cüdoçumuz Bahadır Feyzullayev və Nihad Məmişov qarşılaşıb. Nəticədə Bahadır Feyzullayev qızıl medal əldə edib.
-55 kq. çəkidə Həsən Həsənli bürünc medal qazanıb. Eyni çəkidə digər cüdoçumuz Murad Fətullayev yarışı 5-ci yerdə tamamlayıb.