Vaksinasiyanın qeydiyyatı barədə mesaj şəxsin mobil telefonuna göndərilir
Azərbaycanda “COVID-19 vaksin randevu” saytından istifadə qaydası açıqlanıb.
AYNA xəbər verir ki, vətəndaşların qeydiyyatdan keçmələrini asanlaşdırmaq üçün videotəlimat hazırlanıb.
Videotəlimatda qeyd olunub ki, əvvəlcə randevu.its.gov.az saytına daxil olmaq və “COVID-19 vaksin randevu” xidmətini seçmək lazımdır.
Bundan sonra videotəlimatda göstərildiyi kimi qeydiyyatdan keçmək tələb edilir.
Vaksinasiyanın qeydiyyatı barədə mesaj şəxsin mobil telefonuna göndərilir. Əgər bunu dəyişmək istəsəniz, proseduru yenidən yerinə yetirməlisiniz.
Qeyd edək ki, fevralın 8-dən ölkədə yaşı 65 və yuxarı olan şəxslərin vaksinasiyasına başlanılıb.