COVID-19 ilə bağlı son vəziyyət açıqlanıb

Aktual

25.06.2022 - 17:38

Son sutkada Azərbaycanda COVID-19-dan ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 140 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 267 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 156 nəfərdir.

Ölkədə son sutka ərzində 2 371, hazırkı dövrədək isə 6 952 119 test aparılıb.

Müəllif: Ayna.az