Ramiz Mehdiyevin kürəkəni azadlığa buraxılıb - <font color=red> VİDEO</font>

Aktual

06.09.2020 - 12:11

İlham Əliyevin qudası da azad edilib

 

Bu gün sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev azadlığa buraxılıb. Bu barədə AYNA APA TV-yə istinadən bildirir.

 

Qeyd edək ki, Abşeron Rayon Məhkəməsi Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayevə 15 sutkalıq inzibati həbs cəzası vermişdi.

 

Onlar karantin rejiminin tələblərinə məhəl qoymayaraq övladlarına toy məclisi keçirdikləri üçün məhkəmə qarşısına çıxarılmışdılar.

Müəllif: Ayna.az