COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

02.02.2024 - 11:52

Son bir ayda koronavirus əleyhinə 281 peyvənd vurulub

Azərbaycanda son bir ayda (31.12.2023-31.01.2024) koronavirus (COVID-19) əleyhinə 281 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, ay ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, üç və daha çox doza vaksin vurduranların sayı 183, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 29 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 970 733, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 680, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 398, üç və daha çox doza vaksin vurduranların sayı 3 406 119 pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 536 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş