COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

07.05.2023 - 01:27

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 151 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 82, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 22, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 5 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 962 535, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 951, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 363, üç və daha çox doza vaksin vurduranların sayı 3 403 042, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 179 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş