COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

09.12.2022 - 18:49

Azərbaycanda son sutkada 300 nəfər peyvənd olunub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 300 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 113, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 132, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 925 234, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 660, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 639, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 392 762, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 264 173 nəfər təşkil edir.

Müəllif: Ayna.az