COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

26.05.2022 - 18:46

Son sutkada 2933 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2933 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 354, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2086, pozitiv nəticədən sonra "buster" doza olunanların sayı isə 225 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 715 913, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 346 872, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 848 256, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 275 580, pozitiv nəticədən sonra "buster" doza olunanların sayı 245 205 təşkil edir.

Müəllif: Ayna.az