COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

23.04.2022 - 17:39

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada koronavirus əleyhinə 4363 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4363 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 478, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 230, üç və daha çox doza vaksin vurduranların sayı 3346, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 309 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 623 719, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 337 184, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 838 229, üç və daha çox doza vaksin vurduranların sayı 3 210 006, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 238 300 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş