COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

12.12.2021 - 18:37

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda son sutkada koronavirusa qarşı 24 600 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 24 600 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 747, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 548, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 18 305 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 894 072, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 120 573, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 617 224, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 1 156 275 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş