Covid-19-a yoluxmuş həkimlərimizlə bağlı sevindirici xəbər

Xəbərlər

15.04.2020 - 20:02

Həkimlər Klinikalar SEO Xidməti

“Bir tibb müəssisəsində 6 nəfər virusa yoluxmuşdu, həmin həkimlər artıq sağalıblar"

 

"Bu gün ölkədə fəaliyyət göstərən heç bir xəstəxanada kütləvi yoluxma halı baş verməyib".

 

AYNA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

 

TƏBİB rəsmisi bildirib ki, COVID- 19 xəstələrinin müalicə alındığı xəstəxanalarda həkimlər qorunmağa diqqət göstərirlər: "Yoluxma poliknikalarda və ya ambulator sahələrdə qeydə alınır. Çünki orada qoruyucu vasitələrdən yaxşı istifadə edilmir. Bundan əlavə, xəstəxanaların içərisinə infeksiyanın gətirilməsi məsələsi var. Məsələn, dünən tibb müəssəiələrinin birinin təsərrüfat bacısı virusa yoluxub. Həmin xəstəxana içərisində isə yoluxma faktı yoxdur. Tibb bacısı da virusu ailəsindən gətirib, bunu onun epidemioloji analizi də təsdiq edib". 

 

R.Bayramlının sözlərinə görə, həkimlərin yoluxması ilə bağlı statistika hazırlanıb, yaxın müddətdə açıqlanacaq: “Bir tibb müəssisəsində 6 nəfər virusa yoluxmuşdu, həmin həkimlər artıq sağalıblar. Cəlilabadda isə həkimlər arasında isə 1-2 yoluxma qeydə alınmışdı”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş