Covid-19-a yoluxmuş azərbaycanlı 1700 nəfərlə təmasda olub - <font color=red> RƏSMİ </font>

Xəbərlər

23.03.2020 - 19:41

Həkimlər Klinikalar SEO Xidməti

Qadının vəziyyətinin ağır olduğu bildirilir

 

Səhiyyə eksperti Akaki Zoidzenin bildirdiyinə görə, Marneulidə koronavirusa yoluxmuş qadın kifayət qədər çox insanla təmasda olub. 

 

AYNA xəbər verir ki, onun sözlərinə görə, hazırda onunla təmasda olmuş, ümumilikdə 1700-dək şəxs müəyyən edilib. 



“Marneuli və Bolnisidə məsələ kifayət qədər problemlidir, çünki çox insanla təmasda olub, hazırda bu rəqəm 1700-dək yüksəlib. 90 nəfər daha sonra 1700 nəfərədək adamla təmasda olub və onların hamısının təcrid olunması lazım gələcək”, – Akaki Zoidze bildirib.



Qeyd edək ki, Marneulidə 60 yaşlarında qadında 22 mart tarixində koronavirus aşkarlanıb. O, hazırda Tbilisi Universitet Klinikasına aparılıb. Qadının vəziyyətinin ağır olduğu bildirilir.



Marneuli və Bolnisi bələdiyyələri ciddi karantin rejiminə keçib. Bu haqda Gürcüstanın Baş Naziri Qiorqi Qaxaria 23 mart tarixində saat 00:30-da baş tutan brifinqdə bildirib. Hökumət bu qərarı Marneulidə bir qadında koronovirus halının təsdiqlənməsinə görə qəbul edib və onun yoluxma mənbəyi müəyyən edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş