“Ukraynanın müqaviməti azadlıq və demokratiya üçün mütləq vacibdir”
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson hesab edir ki, Donald Tramp ABŞ Prezidenti olsaydı, 2022-ci ilin fevralında Ukraynaya qarşı Rusiyanın müharibəsinin başlamasının qarşısını ala bilərdi. AYNA xəbər verir ki, bu barədə Conson “The Telegraph” nəşrinə müsahibəsində deyib.
Sabiq Baş nazir bildirib ki, Ukraynanın müqaviməti “azadlıq və demokratiya üçün mütləq vacibdir” və onun məğlubiyyəti “mütləq fəlakət” olacaq.
“Tramp bunu başa düşür. Düşünürəm ki, Tramp SSRİ-ni yenidən möhtəşəm etməklə deyil, Amerikanı möhtəşəm etməklə ikinci müddətə başlayan adam kimi tarixə düşmək istəyəcək”, Conson vurğulayıb.