Senat respublikaçıları özlərinə lider olaraq Cənubi Dakotadan olan senatoru seçiblər
Senat respublikaçıları özlərinə lider olaraq Cənubi Dakotadan olan senator Con Tunu seçərək, uzun xidmət keçmişi olan veteran qanunvericini seçiblər.
AYNA “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, gələn il Respublikaçılar Partiyası həm Ağ Evə, həm də ehtimal ki, Konqresin hər iki palatasına nəzarət edəcək. 100 yerlik Senatda respublikaçılar ən azı 52 yer qazanacaqlar. Çox güman ki, onlar Nümayəndələr Palatasında çoxluğu əldə edəcəklər.
İndi Konqresin yuxarı palatasında ikinci dərəcəli respublikaçı olan 63 yaşlı Tun Senat tarixində ən uzun müddət respublikaçılara rəhbərlik edən 82 yaşlı Mitç Makkonneli əvəz edəcək. Tun ilk dəfə 2004-cü ildə Senata seçilib.
Tun Texasdan senator Con Kornini və Trampın yaxın müttəfiqi Floridadan Rik Skotu məğlub edib. İlon Mask və mühafizəkar Sen Hanniti kimi nüfuzlu şəxslər Skotu dəstəkləyiblər.