Çinin 21 təyyarəsi Tayvanın hava məkanını pozub

Dünya

03.08.2022 - 01:19

Çin yayılan xəbərləri təkzib edir

Çinin 21 təyyarəsi Tayvanın hava məkanını pozub. AYNA xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada, sözügedən təyyarələrin Tayvanın hava hücumundan müdafiə zonasının cənub-qərbini pozduğu bildirilib.

Çin isə təyyarələrinin Tayvan boğazını keçməsi ilə bağlı gələn xəbərləri təkzib edir.

Nazirlik, Çinə məxsus “Su-35” tipli döyüş təyyarələrinin Tayvan boğazından keçməsi ilə bağlı yayılan xəbərləri təkzib edərək, sözügedən xəbərin saxta olduğunu bildirib.

Müəllif: Ayna.az