Ölkədə 501 aktiv koronavirus xəstəsi var
Çində son sutka ərzində 23 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA xəbər verir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 91 534-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 86 397 xəstə sağalıb.
Ölkədə 501 aktiv koronavirus xəstəsi var ki, onlardan da 18-nin vəziyyəti ağır qiymətləndirilir.