Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Xəbərlər

23.04.2024 - 11:44

Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub

Aprelin 22-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 105, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Müəllif: Ayna.az