Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Xəbərlər

31.12.2023 - 09:51

DİN-in Mətbuat xidməti məlumat yayıb

Dekabrın 30-da ölkə ərazisində qeydə alınan 24, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş