Ötən gün törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb
Ötən gün ərzində törədilmiş 17 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 69 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.