Çin XİN Nensi Pelosinin Tayvana səfərinə görə ABŞ-a xəbərdarlıq edib

Dünya

02.08.2022 - 19:32

Çin: "Pelosinin Tayvana səfəri regionda sülh və sabitliyi pozur"

Çin Xarici İşlər Nazirliyi Konqres Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan adasına səfəri ilə bağlı ABŞ-a xəbərdarlıq edib.

AYNA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan brifinqdə danışıb.

Onun sözlərinə görə, Çin Pelosinin səfərinə cavab olaraq suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün tədbirləri görəcək:

“Çin Xarici İşlər Nazirliyi Pelosinin Tayvana səfərinə qəti şəkildə qarşı çıxır və onu pisləyir. ABŞ və Tayvan boğazda status-kvonu dəyişdirmək üçün çox təhlükəli oyun oynayırlar. Onun Tayvana səfəri Çinin daxili işlərinə kobud müdaxilə, ÇXR-in suverenliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulması, vahid Çin prinsipinin şəkildə pozulması, Tayvan boğazı bölgəsində sülh və sabitliyə əhəmiyyətli təhlükə olacaq. Pelosinin Tayvana səfəri regionda sülh və sabitliyi pozur, separatçı qüvvələrə yanlış siqnallar verir. Çin tərəfi bir daha ABŞ tərəfini xəbərdar edir ki, ÇXR yüksək hazırlıq vəziyyətindədir, Çin Xalq Azadlıq Ordusu heç bir halda buna biganə qalmayacaq və ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün mütləq güclü və təsirli cavab tədbirləri görəcək”.

Müəllif: Ayna.az