Çin tranzit olduğu halda vətəndaşları Çində 240 saat qala biləcək ölkələrin sayını 55-ə çatdırıb
Çin tranzit olduğu halda vətəndaşları Çində 240 saat qala biləcək ölkələrin sayını 55-ə çatdırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət İmmiqrasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, Çin hakimiyyəti İndoneziyanı bu proqrama əlavə edib. İyunun 12-dən bu ölkənin vətəndaşları 24 inzibati vahiddə (vilayətlər, şəhərlər və rayonlar səviyyəsində) yerləşən Çinə 60 giriş limanı vasitəsilə artıq vizasız sərhədi keçmək hüququna malikdirlər.
Çində 240 saat vizasız qalmaq üçün Çindən keçən tranzit marşrutunu təsdiq edən sənədlər olmalıdır.
Çin hakimiyyəti 2023-cü ildən bəri ardıcıl olaraq viza rejimini sadələşdirir. Bu tədbirlər artıq ölkəyə vizasız girişlərin sayının artmasına səbəb olub. 2024-cü ildə rəsmi məlumatlara görə, vizasız proqramlar çərçivəsində Çinə 3,39 milyon xarici vətəndaş səfər edib ki, bu da əvvəlki illə müqayisədə 13 dəfə çoxdur.