Çin və İran nüvə proqramı ətrafında vəziyyəti müzakirə ediblər

Dünya

25.08.2025 - 14:44

“Çin ümid edir ki, bütün maraqlı tərəflər məsələni siyasi və diplomatik vasitələrlə həll edəcək”

Çinin xarici işlər nazirinin müavini Ma Jaoxu İran tərəfinin təşəbbüsü ilə İran xarici işlər nazirinin müavini Qərib Abadi ilə telefon danışığı aparıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti məlumat yayıb.

Söhbətin əsas mövzusu İranın nüvə proqramı ətrafında vəziyyət olub.

Ma Jaoxu qeyd edib ki, məsələ “kritik yol ayrıcında”dır və diplomatik səylərin davam etdirilməsi vacibdir.

“Çin ümid edir ki, bütün maraqlı tərəflər məsələni siyasi və diplomatik vasitələrlə həll edəcək və dialoqun bərpası üçün şərait yaradacaqlar”, - deyə qeyd edib.

Abadi öz növbəsində, Pekinin sülh təşəbbüslərinin təşviqində rolunu yüksək qiymətləndirib və davamlı həll yolu tapmaq üçün Tehranın "Çin ilə əlaqələri və koordinasiyanı daha da gücləndirməyə" hazır olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş