Rusiyanın cavab zərbələri endirəcəyi barədə xəbərdarlıq edilib
ABŞ-ın Kiyevdəki səfirliyindən verilən məlumata görə, yaxın günlərdə Ukrayna Rusiya tərəfindən kütləvi atəşə tutulacaq. AYNA xəbər verir ki, diplomatik nümayəndəlik öz saytında xəbərdarlıq dərc edərək, vətəndaşları təhlükəsizliklərinin qeydinə qalmağa çağırıb.
“Növbəti bir neçə gün ərzində, o cümlədən həftəsonu, 24 avqust Ukraynanın Müstəqillik Günü ilə əlaqədar olaraq, Rusiya pilotsuz təyyarələri və raketlərinin həm gecə, həm də gündüz hücumları riski Ukrayna ərazisində artacaq”, - xəbərdarlıqda deyilir.
Amerika diplomatik missiyası vətəndaşları “yerli media xəbərlərini izləməyə, sığınacaq yerlərini əvvəlcədən müəyyənləşdirməyə və hava hücumu xəbərdarlığı zamanı onlardan istifadə etməyə, rəsmilərin və fövqəladə hallar xidmətləri nümayəndələrinin göstərişlərinə əməl etməyə” çağırıb.
Öz növbəsində Çinin Kiyevdəki səfirliyi təhlükəsizlik vəziyyəti ilə əlaqədar çinlilərin Ukraynaya səfər etməməsini tövsiyə edib. Diplomatlar artıq orada olan həmvətənlərini hava hücumu xəbərdarlığı elan edildikdə dərhal sığınacaqlara getməyə çağırıblar.