"Çin hər zaman dialoq və danışıqların Ukrayna böhranının həllinin yeganə mümkün yolu olduğuna inanıb”
“Çin Ukrayna böhranının siyasi həllini və sülh yolu ilə nizamlanmaya yönəlmiş səyləri dəstəkləyir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq ötən gün ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski və Avropa İttifaqı liderləri ilə Vaşinqtonda keçirilən görüşünü şərh edərkən deyib.
XİN rəsmisi qeyd edib ki, "Çin hər zaman dialoq və danışıqların Ukrayna böhranının həllinin yeganə mümkün yolu olduğuna inanıb”.
“Çin sülhün əldə edilməsinə yönəlmiş bütün səyləri dəstəkləyir", - deyə qeyd edib.