Çin Tayvanı mühasirəyə alır

Dünya

02.08.2022 - 20:10

Təlimlər avqustun 4-dən 7-dək davam edəcək

Çin Xalq Azadlıq Ordusu Tayvan adasının ətrafında bir neçə ayrı bölgədə hərbi təlimlər keçirəcək.

AYNA xəbər verir ki, bu barədə Çinin “Sinxua” dövlət agentliyi məlumat yayıb.

Bildirilib ki, adanın ətrafında keçiriləcək təlimlər avqustun 4-dən 7-dək davam edəcək.

Qeyd edək ki, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvanın paytaxtı Taybeydə səfərdədir.

Müəllif: Ayna.az