“Azərbaycan hökuməti Çin vətəndaşlarının İrandan təxliyəsində fəal şəkildə kömək edib”
Çinin Bakıdakı səfiri Lu Mei İrandan vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. AYNA.AZ xəbər verir ki, Çin diplomatı bu açıqlamanı keçirdiyi brifinqdə verib.
"Xüsusilə vurğulamaq vacibdir ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri Azərbaycan hökuməti Çin vətəndaşlarının İrandan təxliyəsində fəal şəkildə kömək edib və 600-dən çox Çin vətəndaşının Astara sərhəd keçid məntəqəsindən uğurla keçməsini təmin edib. Bu, Çin və Azərbaycan arasında yüksək səviyyədə siyasi etimadın daha bir sübutudur. Bu baxımdan, Azərbaycan hökumətinə göstərdiyi köməyə və hərtərəfli dəstəyə görə dərin minnətdarlığımı bildirirəm", - Lu Mei bildirib.