Məhz bu üsuldan sonra cümə axşamı yalnız 45 yoluxma faktının olduğu bildirilir
Çin hökuməti bir ayla müqayisədə son günlər koronavirusa yeni yoluxma halların azaldığını elan edib.AYNA xəbər verir ki, virusa hazırda 74.500-dən çox insanın yoluxduğunu qeyd edib.
Çinin Milli Səhiyyə Komissiyası dekabr ayında mərkəzi Hubei əyalətində ilk dəfə ortaya çıxan virusdan cümə axşamına qədər ölənlərin sayının 2111 nəfərə çatdığını bildirib.
Yeni yoluxma halların əksəriyyəti isə virusun ilk dəfə ortaya çıxdığı əyalətin paytaxtı Vuhan şəhərində qeydə alınıb. Hubeinin səhiyyə işçiləri cümə axşamı Vuhanda 615, əyalətin başqa yerlərində 13 yoluxma halının aşkarlandığını açıqlayıb.
Həmçinin, Hubei vilayətinin bir sıra şəhərlərində əvvəlkinə nisbətən virusa yoluxanların sayının 279-a endiyi bildirilib. Və bu rəqəmin ötən günlərə nisbətən çox aşağı olduğu qeyd olunub.
Çinin Milli səhiyyə işçiləri yoluxma sayını azalmasının yeni aşkarlanmış peyvənd üsulu ilə əlaqələndiriblər. Belə ki, ağciyərin rentgen müayinəsi zamanı xəstəlik şübhəsi olan şəxslərə nuklein turşusu peyvəndləri tətbiq olunur. Səhiyyə işçiləri bunun üçün laboratoriya analizlərindənsə, ağciyərin rentgen görüntüsündən istifadə edirlər.
Məhz bu üsuldan sonra cümə axşamı yalnız 45 yoluxma faktının olduğu bildirilir.