Çin BMT Təhlükəsizlik Şurasını İrandakı vəziyyətlə bağlı təcili tədbirlər görməyə çağırıb

Dünya

23.06.2025 - 09:25

cedabet dərman SEO Xidməti

"Təhlükəsizlik Şurası beynəlxalq sülh üçün əsas məsuliyyət daşıyır və böhran qarşısında fəaliyyətsiz qala bilməz"

Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq İran ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Təhlükəsizlik Şurasından təcili tədbirlər görməsini tələb edib. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, o bunu ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib.

"Təhlükəsizlik Şurası beynəlxalq sülh üçün əsas məsuliyyət daşıyır və böhran qarşısında fəaliyyətsiz qala bilməz", - deyə diplomat vurğulayıb və təşkilatı təcili cavab verməyə çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş