Çili yaxınlığında 6,6 bal gücündə zəlzələ olub

Dünya

20.03.2026 - 10:22

Sunami təhlükəsi elan edilməyib

Cənubi Şetland adaları sahillərində 6,6 bal gücündə zəlzələ qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.

Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri təxminən 117.000 insanın yaşadığı Çilinin Punta Arenas şəhərindən 1248 km cənub-şərqdə yerləşib. Episentr 5 km dərinlikdə yerləşib.

Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş