Ceyranbatanda itkin düşən şəxsin meyiti kanaldan tapılıb

Xəbərlər

08.06.2025 - 23:05

cedabet dərman SEO Xidməti

İlkin ehtimallara görə, o kanalda boğularaq ölüb

Ceyranbatanda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, 42 yaşlı Elgiz Axundovun meyiti Samur-Abşeron kanalından tapılıb.

İlkin ehtimallara görə, o kanalda boğularaq ölüb.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Elgiz Elbrus oğlu Axundov iki gün əvvəl evdən çıxaraq geri qayıtmamışdı. Onun harada olduğu barədə heç bir məlumat yox idi. Ailəsi isə itkin düşdüyü gündən etibarən onun tapılması üçün ictimaiyyətə müraciət etmişdi.

Hazırda hadisənin dəqiq başvermə şəraiti araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş