Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Siyasət

28.12.2020 - 21:21

Həkimlər Klinikalar SEO Xidməti

Xarici İşlər Nazirliyi məlumat yayıb 

 

Dekabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

Azərbaycan Xarici İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası və bölgədə mövcud olan vəziyyəti müzakirə ediblər.

 

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş