İran nəyə nail omağa çalışır?

Siyasət

05.09.2019 - 14:18

İran öz xəttində mərhələ-mərhələ hər kəsi seçim qarşısında qoymaq strategiyasını seçib

 

Yenə ABŞ prezidenti Tramp komandası ilə İranın hakim elitası arasında gərginlik artır. Tehran Avropa İttifaqının 15 milyard dollarlıq kreditindən imtina etdi və İran nüvə sahəsində öhdəliklərini növbəti dəfə azaltmaq barədə qərarını açıqladı. Baxmayaraq ki, Fransanın təşəbbüsü ilə “Böyük yeddilik” ölkələrinin sammitində Tehranla danışıqlar aparılmış və mümkün güzəştlər müzakirə olunmuşdu.

 

Avropa İttifaqı İran-ABŞ münasibətlərinin daha da gərginləşməsində və Tehranın davranışının dəyişməsində maraqlı deyil. Avropa İttifaqı, xüsusən Fransa və Almaniya ABŞ-ın onu seçim qarşısında qoymasından, manevr imkanlarının məhdudlaşdırmasından narahatdır. İranın nüvə sahəsində öhdəliklərindən tam imtina etməsi Avropa İttifaqı, Fransa və Almaniya üçün yeni çağırışlar yaradır. Bu həm təhlükəsizlik məsələləri, həm ABŞ-ın, Rusiyanın təsirinin güclənməsi perspektivi, yeni münaqişəyə cəlb olunma ehtimalı ilə bağlıdır.

 

Hazırda Avropa İttifaqı iqtisadi cəhətdən güclənən Çinin “köhnə qitə”yə təsirini yayması, Tramp adminstrasiyasının Brüsseli təzyiq altında saxlamaq və kiçik və sözəbaxan tərəfdaş statusunda qalmasına çalışması, Böyük Britaniyanın üzvülkdən çıxması, Rusiya ilə münasibətlərin nizama salınması, pisləşən iqtisadi vəziyyət, sağ-millətçi hərakatların güclənməsi kimi çağırışlarla üz-üzə qalıb. Bu kontekstdə İranla bağlı problemlərin qabarması Avropa İttifaqını xarici siyasət kursunun müəyyənləşməsində, qlobal proseslərdə mövqe sərgiləmək və yanaşmanı dəyişmək kimi çətin seçimlər qarşısında qoyur.

 

Avropa İttifaqı isə hələ ki, buna hazır görünmür. İran-ABŞ münasibətlərinin gərginləşməsi Avropa İttifaqı üçün çox çətin sınaq kimi dəyərləndirilməlidir. Brüssel bütün mümkün vasitələrə bu seçimlərdən qaçmaq və özünün güzəştlərilə İranın hazırkı status-kvo çərçivəsində qalmasına çalışır.

 

İranın da öhdəliklərindən imtahan etməsi birinci növbədə Trampa, ikinci növbədə isə Avropa İttifaqına ünvanlan mesajdır. İran bu addımla Trampın adət etdiyi oyun şərtləri ilə davranmağa, qətiyyətli və hazır olduğunu nümayiş etdirir. İran daha çox strateji olaraq müsbət nəticələr əldə etməyə çalışır.

 

Belə qənaətə gəlmək olar ki, Tehranda hesab edirlər ki, Aİ-ni güzəştləri taktiki xarakter daşıyır və Tramp ikinci dəfə seçiləndən, yaxud Vaşinqtonun növbəti addımlarından sonra bu güzəştlər İranın vəziyyətini yaxşılaşdırmayacaq. Bu cür güzəştlər İrana heç bir sığorta vermir, ABŞ üçün də öhdəlik yaratmır. Bu daha çox prezident Trampın işinə yarıyır, onun seçki kampaniyası üçün yaxşı təbliğat imkanları yaradır.

 

İranın küncə sıxılması bölgədə hər kəsin işinə yarayır, Rusiya, Türkiyə, ərəb monarxiyaları, Çin, İsrail – hamı üçün Tehranın köməksiz vəziyyətdə qalmasının öz faydası var. İran yalnız tarana getməklə və buna cəsarəti və imkanları çatacağına hər kəsi inandırmaqla vəziyyətini yaxşılaşdıra bilər. İran öz xəttində mərhələ-mərhələ hər kəsi seçim qarşısında qoymaq strategiyasını seçib. Ən çətin seçim Avropa İttifaqınındır. Çin, Rusiya hazırda ABŞ-la açıq rəqabət vəziyyətindədirlər, Avropa İttifaqı isə fərqli durumdadır. Brüssel üçün ABŞ-ın şərtlərini tam qəbul etmək asan deyil, bu zaman tam Vaşintyon və Trampın diktəsi altında qalmaq perspketivi realdır. Müstəqil qərarlar vermək üçün isə Brüssel gərək çox şeyi dəyisşin...

 

Zaur İbrahimli

Müəllif: Ayna.az